kriminal.az
"Barselona" Rafinya ilə müqavilə müddətini uzadır

İspaniya təmsilçisi "Barselona" futbolçusu Rafinya ilə müqavilə müddətini uzatmağa yaxındır.

Kriminal.az  xəbər verir ki, Braziliya millisinin üzvünün yeni sözləşməsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Hazırda tərəflər təzminat məbləği də daxil olmaqla, müqavilənin detallarını müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu məsələlər danışıqlara mənfi təsir göstərməyəcək.

Qeyd edək ki, Rafinyanın "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq. Sözləşmə uzadıldıqdan sonra hücumçu kataloniyalıların heyətində ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.

Top
0.055077075958252