kriminal.az
Çempionlar Liqası: Turnirin sonuncu finalçısı müəyyənləşib

Fransanın “Pari Sen-Jermen” komandası İngiltərənin “Arsenal”ını məğlub edərək Çempionlar Liqasının ikinci finalçısı olub.

Kriminal.az “Report”a istinadən xəbər verir ki, cavab qarşılaşması Parisdə “Park de Prens”də baş tutub.

Oyun qonaqların kəsərli hücumları ilə başlasa da, hesabı açan tərəf “qırmızı-mavilər” olub: 27-ci dəqiqədə ispaniyalı Fabian Ruis qapıçı David Rayanı məyus edib. 69-cu dəqiqədə “topçular”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunsa da, Vitinya bu tapşırığın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, cəmi üç dəqiqə sonra Əşrəf Hakimi Dembelenin dəqiq ötürməsindən sonra hesabdakı fərqi artırıb. London təmsilçisinin isə gücü cəmi bir qola çatıb: 76-cı dəqiqədə Bukayo Saka parislilərin qapısına yol tapıb – 2:1.

Beləliklə, iki oyunun ümumi nəticəsinə əsasən, PSJ “Arsenal” üzərində 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Turnirin yekun qarşılaşmasında PSJ “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək.

Top
0.054532051086426