kriminal.az
Alvares mütləq dünya çempionu titulunu geri qaytardı

Meksikalı Saul Alvares 76,2 kq çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu titulunu geri qaytarıb.

Kriminal.az ” xəbər verir ki, Ər-Riyadda keçirilən 12 raundluq döyüşdə o, yekdil qərarla kubalı Uilyam Skulla qalib gəlib.

Alvarez Dünya Boks Şurası (WBC), Dünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatının (WBO) dünya çempionu titullarını qoruyub və Beynəlxalq Boks Federasiyasının (IBF) kəmərini Skulldan alıb.

34 yaşlı Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu səkkizinci dəfə, WBO titulunu isə altıncı dəfə qoruyub.

Top
0.05676007270813