Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) debüt döyüşündəki rəqibi qırğızıstanlı döyüşçü ola bilər.
Kriminal.az oxu.az-a istinadla xəbər verir ki, döyüşçümüzün debüt qarşılaşmasında qırğızıstanlı Mktıbek Oralbeylə üzləşmə ehtimalı çoxalıb.
Qırğızıstanlı döyüşçü karyerası ərzində 16 döyüş keçirib, bunlardan ikisində məğlub olub , bir dəfə isə heç-heçə edib.
Qeyd edək ki, Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və beş dəfə uduzub.