kriminal.az
ABŞ-nin vitse-prezidenti:

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

"Trampın siyasəti tamamilə açıqdır: biz, xüsusən də İranda nüvə silahının yayılmasına dözümlülük göstərə bilmərik. Bu, indiki administrasiyanın siyasəti olacaq. Eyni siyasət Vaşinqtonun keçmişdəki rəhbərliyi, o cümlədən birinci Tramp administrasiyası dövründə də tətbiq edilib", - Vens qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığı bildirilmişdi.

Top
0.057669878005981