kriminal.az
Ağ ayaqqabılarınız saralıbsa, bu ucuz metodu SINAYIN - Yenidən parlayacaq

Ağ idman ayaqqabılarının zamanla saralması və ləkələnməsi bir çox insan üçün problemə çevrilir. Lakin evdə rahatlıqla tətbiq edilə biləcək sadə bir üsul ayaqqabılarınızı yenidən qar kimi ağ edə bilər.

Kriminal.az xəbər verir ki, mütəxəssislər bildirir ki, təmizlik suyuna sadəcə 1 yemək qaşığı çörək soda (karbonat) əlavə etmək kifayətdir. Bu qarışım saralmış və ləkəli ağ ayaqqabılar üçün son dərəcə effektiv hesab olunur.

Necə tətbiq etməli?

1 litr isti suya 1 yemək qaşığı çörək soda əlavə edin.

Ayaqqabılarınızı bu suya batırmadan əvvəl yumşaq fırça və ya bezlə qarışımı ayaqqabının üzərinə tətbiq edin.

Dairəvi hərəkətlərlə sürtün və 10-15 dəqiqə saxlayın.

Daha sonra təmiz su ilə yaxalayın və günəş altında qurumağa qoyun.

Əgər ayaqqabılarınız çox çirklidirsə, bu proseduru bir neçə dəfə təkrarlamaq tövsiyə olunur.

Bu üsul həm ucuz, həm də təhlükəsizdir - xüsusilə də bahalı təmizləyicilərə alternativ axtaranlar üçün ideal seçimdir.

Top
0.070659875869751