kriminal.az
Polşa XİN:

Vaşinqton Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərarı qəbul edərkən müttəfiqlərlə məsləhətləşməyib.

Kriminal.Az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Pavel Vronski jurnalistlərə açıqlama verib.

"ABŞ-nin (bu qərarı) NATO müttəfiqlərini və Ukraynanı dəstəkləyən "Ramştayn" formatı çərçivəsindəki tərəfdaşları məlumatlandırmadan və onlarla məsləhətləşmədən qəbul edilib", - deyə Vronski brifinq zamanı bildirib.

"Vəziyyət çox ciddidir. Bu, bəlkə də, bayağı səslənəcək, lakin (ABŞ-nin qərarı) böyük siyasi əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

Bundan əlavə, diplomat Vaşinqtonun qərarının martın 4-də Polşa Nazirlər Kabinetinin iclasında müzakirə olunacağını bildirib.

Vronski jurnalistlərin ABŞ-nin bu tədbirinin Avropa müttəfiqləri tərəfindən Kiyev üçün alınan ABŞ silahlarına da aid olub-olmadığı sualına cavab verə bilməyib.

Eyni zamanda, o vurğulayıb ki, Polşa Ukraynanı dəstəkləməyə davam edir.

Top
0.056979894638062