Azərbaycanda 2024-cü ilin sonuna mobil rabitə gəlirləri 1 milyard 237,283 min manat təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 6,4% çoxdur.
Kriminal.az rəsmi rəqəmlərə əsasən xəbər verir ki, ötən il əhaliyə göstərilən mobil rabitə xidmətlərinin dəyəri 1 milyard 236,244 min manat (artım 6,3 faiz) təşkil edib.
Bundan əlavə, 2024-cü ilin dekabr ayının sonuna mobil rabitə abunəçilərinin sayı 11 milyon 323 min (artım 3%) təşkil edib ki, onlardan 10 milyon 25,5 min abunəçi fakturalı mobil abunəçilərdir (artım 2,7%).
Statistikaya görə, bütün mobil abunəçilərin təxminən yarısı - 5 milyon 191,4 min nəfəri paytaxtdadır (artım 6,5%).