kriminal.az
Binəqədidə işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Kriminal.az -a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 26-da 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Top
0.063281059265137