kriminal.az
Rusiyada bayram şənliyində bədbəxt hadisə: Naməlum şəxslərin atdığı fişəng qadını yaraladı

Rusiyanın Krasnoyarsk şəhərində naməlum şəxslərin atdığı fişənglər parkda keçirilən bayram tədbirində izdihamın üzərinə düşüb.

Kriminal.az xəbər verir ki, bu barədə Krasnoyarsk diyarının Daxili İşlər Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, hadisə "Solneçnaya Polyana" parkında şənlik zamanı baş verib. Naməlum şəxslər insanların toplaşdığı ərazinin yaxınlığında atəşfəşanlıq ediblər.

"Nəticədə fişəngdən çıxan qığılcım bir qadının xəsarət almasına səbəb olub. Ona hadisə yerində növbətçi olan təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib", - deyə nazirliyin açıqlamasında bildirilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.(oxu.az)

Top
0.065054893493652