Sankt-Peterburqda minlərlə miqrant taksi və çatdırılma sahəsində iş yerlərini itirəcək.
Kriminal.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri şəhərin Əmək Komitəsi sədr müavini Tatyana Morozkovaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ötən il Peterburqda miqrantlara 200 mindən çox patent verilib. Onların 1,6%-i taksi sürücülərinə, 3,4%-i isə kuryerlərə aid olub. Bu faizlər ümumi patentlərin sayına tətbiq edildikdə təxminən 10 min nəfərin işini itirəcəyi məlum olur.
Morozkova əlavə edib ki, bəzi taksi sürücüləri və kuryerlər başqa patentlər – məsələn, fəhlə kimi işləmək üçün verilən icazələrdən istifadə edirlər və işəgötürənlər də onları həmin patentlərlə işə götürür.
O vurğulayıb ki, miqrantların taksi və çatdırılmada işləməsinə qoyulan qadağa şəhər iqtisadiyyatına təsir göstərməyəcək.