kriminal.az
Vens Ukraynada sülhə nail olmaq üçün əsas amilləri açıqladı

ABŞ administrasiyası hesab edir ki, Ukraynaya təhlükəsizlik təminatları və ərazi məsələlərinin həlli sülh sazişinin əldə olunması üçün əsas amillərdir.

Kriminal.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "NBC News"a mühasibəsində deyib.

"Əsas etibarilə burada fikir ayrılığı təhlükəsizlik təminatları və cəbhə xəttinin harada olması ilə bağlıdır. Əgər biz bu məsələləri həll etsək, razılaşma olacaq", - ABŞ vitse-prezidenti bildirib.

O, münaqişənin altı ay ərzində həll olunacağına ümid etdiyini vurğulayıb.

"Nəticə nə olursa olsun, müharibə üç və ya altı aya bitər, ümid edirəm daha artıq çəkməz, biz fəxr etməliyik ki, qan tökülməsini dayandırmağa çalışan prezidentimiz var", - Vens qeyd edib.(oxu.az)

Top
0.064869165420532