İranın ilk Olimpiya çempionu İmam Əli Həbibi 94 yaşında vəfat edib.
Kriminal.az xəbər verir ki, bu barədə İran Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, sərbəst güləşçi 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Olimpiadada 67 kq çəki dərəcəsində qalib gələrək İranın ilk qızıl medalını qazanıb.
Həbibi üç dəfə (1959, 1961, 1962) dünya çempionu olub. 1958-ci ildə Asiya Oyunlarında qızıl medal qazanıb.(oxu.az)