kriminal.az
Ermənistan Vaşinqton sənədlərini niyə dərc etmir?

“İndi hamı üçün tam aydın oldu ki, Paşinyanın “Vaşinqton görüşü ilk növbədə qarşıdan gələn seçkilərlə bağlı idi. Nikol Paşinyan Vaşinqtondan qayıtdıqdan cəmi bir neçə gün sonra, proqnozlaşdırıldığı kimi, “sülh” sözünü daha substantiv şəkildə cəmiyyətə “satmağa” başladı. Paşinyan bəyan edir ki, “gələcək artıq gəlib”, indi bizdə sülh var, onu qorumaq lazımdır”.

Kriminal.az  xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Nəşr yazır ki, Paşinyana görə qarşıdan gələn seçkilərdə Ermənistan vətəndaşları sülh və qeyri-sülh arasında seçim etməli olacaqlar: “Bu şantajdan daha artıqdır. Bu, açıq-aşkar yalandır, çünki Ermənistanda heç bir sanballı siyasi qüvvə, heç bir tanınmış sima sülhün əleyhinə deyil. Ümumilikdə cəmiyyət düşmən tapşırığı ilə Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsinə, Ermənistanın türkləşdirilməsinə qarşıdır. Onlar mahiyyət etibarı ilə Paşinyanın özünə qarşıdırlar, onun gətirdiyi ölkənin dağıdılmasına, itkilərinə, milli aşağılanmasına, özünü məhv etməsinə qarşıdırlar”.

“Past” yazır ki, Paşinyan seçkilərə start verib: “Və bu gün artıq bəllidir ki, onun təbliğatının əsas aləti “sülh” sözü olacaq”.

Erməni müxalifət partiyalarından biri-Erənistan Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan avqustun 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan arasında sənədlərin dərc edilməməsini deyib. “Paşinyan avqustun 21-də keçirdiyi mətbuat konfransında guya Vaşinqton razılaşmalarının bütün məzmununun Üçtərəfli Bəyannamənin bir səhifəsində əksini tapdığını göstərməyə çalışıb və cəmiyyətimizə əldə olunan razılaşmalara yalnız bəyannamənin mətni əsasında qiymət verməsini təklif edib. Məsələ burasındadır ki, Zəngəzur dəhlizinin 99 illik icarəsi ilə bağlı sövdələşmə mətni erməni xalqından gizlədilən birinci memorandumda təsvir olunub. İkinci və üçüncü memorandumlar dərc olunmur. Özünü demokratik və şəffaf adlandıran Paşinyan rejiminin öz xalqına və cəmiyyətinə bu qədər açıq şəkildə etinasız yanaşması, doğrudan da, heyrət doğurur. Əgər məxfi deyillərsə, imzalandıqdan 12 gün sonra da niyə dərc edilməyib?”.

Sülhdən söz düşmüşkən, Paşinyan avqustun 23-də müharibədı itkin düşmüş erməni əsgərlərinin valideynləri ilə görüşüb. İtkin düşənlərin qohumları bu gün, avqustun 23-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.Valideynlərdən biri Liparit Tovmasyan bildirib ki, Paşinyan onlara heç bir müfəssəl məlumat vermıyib, yalnız “məğuluq” demıklə kifayətlənib. Tovmasyan deyib ki, hakimiyyət valideynlərdən sənədlər tələb edir. Onun sözlərinə görə, şəxsən özü də istintaq orqanlarının işindən narazıdır. “ Mən 100% əminəm ki, 5 il əvvəl itkin düşən övladım sağdır. Nikol Paşinyan isə bizdən daha çox türkə güvənir”. Tovmasyanın sözlərinə görə, görüşdən sonra onun artıq bu hakimiyyətdən heç bir gözləntisi yoxdur.(Musavat.com)

Top
0.061038017272949