Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqları masasına oturmağa hazır olduğuna dair hələ heç bir görünən əlamət yoxdur.
Kriminal.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.
“Ruslar daha çox ərazini işğal etmək üçün ən azı payızadək davam etdirmək istəyirlər”, - o vurğulayıb.
Stubb hesab edir ki, Putinin yaxın həftələrdə Ukrayna prezidenti Zelenski ilə görüşməsi ehtimalı azdır.
"Əgər məqsəd Vaşinqtona səfərdən iki həftə sonra ikitərəfli görüş idisə, o zaman hesab edirəm ki, bu, çox az ehtimal olunan məsələdir. Rusiyanın gecikdirmə taktikası davam edir", - Finlandiya prezidenti bildirib.
Stubb onu da bildirib ki, indi sual ABŞ prezidenti Donald Trampın Putinə qarşı səbrini nə vaxt bitəcəyi ilə bağlıdır. O, əmindir ki, Putini danışıqlar masası arxasına gətirə biləcək şəxs Amerika lideridir.
Mürtəza