Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
“Kriminal.az ” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, Qostomel qəsəbəsində yaşayan Orucov Əfqan Hümbət oğlu avqustun 19-da Sumi vilayətində döyüş zamanı həyatını itirib.
Məlumata görə, o, ərazi müdafiə taborunun pilotsuz uçuş aparatlarının idarəsi üzrə bölməsində xidmət edib.