kriminal.az
Bakı Dövlət Universitetinə qəbul olanların qeydiyyat tarixi AÇIQLANDI

Avqustun 28-də Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Kriminal.az -ın məlumatına görə, abituriyentlər portal.edu.az platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 8-də saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.

Top
0.08086085319519