kriminal.az
Ziyafət paltarlarını zövqsüz göstərən 7 xəta

Qarşıdan toy mövsümü gəlir. Bu da qadınlar üçün toy, nişan, xına mərasimlərində yeni paltarlar almaq, ya da icarəyə götürmək deməkdir.

Kriminal.az xəbər verir ki, bəzi xanımlar zövqlü paltarlar seçsə də, əynində duruşu heç də ürəkaçan olmur. Bunun səbəbi isə yanlış detallardan qaynaqlana bilər.

Odur ki, ziyafət paltarlarını zövqsüz göstərən detalları təqdim edirik:

1. Həddindən çox detallar olan geyimlər

Çoxlu daş-qaş, bisel və muncuqdan istifadə edilmiş geyimlər ağır və göz yoran mənzərə yaradır. Bir ziyafət donunda eyni anda həm büzmə, həm tül, həm də daş-qaş  kimi detallar sadəcə qarışıqlıq yaradır.

2. Yanlış rəng seçimi

Dərinizin tonunu tamamlamayan çox solğun və ya çox parlaq tonlar zərifliyi poza bilər.

Həddindən artıq neon və ya uyğun olmayan rəng birləşmələri axşam paltarının zərifliyinə kölgə sala bilər.

3. Yanlış ölçü

Çox dar paltarlar bədəni olduğundan daha pis göstərir. Çox enli və ya uzun üslubda geyimlər isə bədən cizgilərini itirə və qarışıq bir görünüş yarada bilər.

4. Həddindən artıq aksesuardan istifadə

İri, gözəçarpan sırğa, böyük ölçülü boyunbağı, daş-qaşlı bilərzik və ekstravaqant çantanı eyni anda taxmaq vizual olaraq göz yoracaq.

5. Səhv ayaqqabı və çanta seçimləri

Gündəlik stilə aid çanta və ayaqqabılar ziyafət geyimləri ilə uyğunsuz görünəcək.  Çox qaşlı və ya paltarlarla kontrast (zidd rənglər) təşkil edən ayaqqabılar da sizi zövqsüz göstərəcək.

6. Parça seçimi və keyfiyyət xətaları

Keyfiyyətsiz, parlaq atlaz və ya asanlıqla qırışan parçalar axşam paltarını ucuz göstərə bilər.
Çox nazik və astarsız parçalar işıq altında heç də xoş olmayan görünüş yarada bilər.

7. Geyimlə uyğun olmayan saç və makyaj

Həddindən artıq qabarıq  toplanmış saçlar, çox tünd və ya parıltılı makyaj da geyiminizdən daha çox diqqət çəkə bilər. Makiyaj və saç düzümü axşam paltarını uyğun olmalı və üslubunuzu tamamlamalıdır.

Billurə

Top
0.063990116119385