Polis əməkdaşları Londonda Fələstinə dəstək aksiyalarında iştirak edən 465-dən çox insanı həbs edib.
“Kriminal.az ” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, həbslər antiterror qanunvericiliyi ilə bağlıdır. Hüquq-mühafizə orqanları tədbirdə mitinqin yatırılması üçün xeyli resurslardan istifadə olunduğunu qeyd ediblər.
Eyni zamanda, polis Fələstin hərəkatına dəstək ifadə edən hər kəsi həbs etməyə hazır olduğunu bildirib.