kriminal.az
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib.

Bu barədə Kriminal.az -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu günə olan məlumata əsasən, yarışa MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə qatılacaq. Son olaraq Türkmənmistan idmançılarının ölkəmizə gələcəyi təsdiqlənib.

Azərbaycanın 349, Rusiyanın 263, Qazaxıstanın 259, Özbəkistanın 257, Belarusun 255, Tacikistanın 202, Türkmənistanın 170, Qırğızıstanın 85 idmançısının turnirdə mübarizə aparacağı dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.

İlkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Top
0.060192108154297