Şimali Koreya ilə Rusiya arasında bir ilk yaşanıb.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreyanın paytaxtı Pxenyan ilə Rusiyanın paytaxtı Moskva arasında birbaşa planlaşdırılmış uçuşlar başlayacaq.
Uçuşların 27 iyulda start götürəcəyi, həftədə 2 dəfə olacağı bildirilir.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya ilə Rusiya arasında birbaşa uçuşlar yalnız Pxenyan ilə Vladivostok arasında gerçəkləşirdi.
Billurə