kriminal.az
"Liverpul" mövsümöncəsi toplanışın başlama vaxtını təxirə saldı

İngiltərənin "Liverpul" klubu portuqaliyalı futbolçusu Dioqu Jotanın ölümü səbəbindən mövsümöncəsi toplanışın başlama vaxtını təxirə salıb.

Kriminal.az xəbər verir ki, komanda iyulun 4-də toplaşmalı olsa da bu baş verməyib.

Son İngiltərə çempionunun mövsümöncəsi hazırlığının başlama vaxtı məlum deyil. Komanda iyulun 13-də İngiltərənin aşağı liqa təmsilçisi “Preston”la yoldaşlıq oyunu da nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı sabiq portuqaliyalı hücumçu iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında həlak olub. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.

Top
0.058223009109497