kriminal.az
Ulduz futbolçu qəzada öldü - Ronaldonun paylaşımı

"Liverpul"un dünya şöhrətli futbolçusu Dioqo Jota avtomobil qəzasında həyatını itirib.

Kriminal.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Hadisə İspaniyanın Zamora əyalətində baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq alovlanıb. Məlumata görə, avtomobildə olan qardaşı Andre də həyatını itirib.

Qeyd edək ki, Jota cəmi 11 gün əvvəl üç uşağının anası ilə evlənmişdi. 

Onun millidə komanda yoldaşı Kriştianu Ronaldo bununla bağlı olaraq sosial media hesabında paylaşım edib: "Heç bir məntiqə sığmır. Qısa müddət əvvəl Millidə bir yerdə idik, qısa müddət əvvəl evlənmişdi. Ailənə, həyat yoldaşına və övladlarınıza başsağlığı verir və onlara dünyadakı bütün gücü diləyirəm. Bilirəm ki, sən həmişə onların yanında olacaqsan. R.I.P. Diogo və Andre! Hamımız sizin üçün darıxacağıq."

Həmidə İbrahimova

Top
0.058577060699463