kriminal.az
"Sputnik Azərbaycan"ın əməkdaşları sərbəst buraxıldılar

"Sputnik Azərbaycan"ın saxlanılan 5 əməkdaşı sərbəst buraxılıb.

Kriminal.az xəbər verir ki, bu barədə Oxu.az-a saxlanılan şəxslərin ailə üzvləri məlumat veriblər.

Bildirilib ki, onların cinayət işi üzrə izahatları alınıb və bu gün sərbəst buraxılıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları "Sputnik Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirib. Əməliyyat zamanı agentliyin 7 əməkdaşı saxlanılıb. Onlardan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılmışdı. Bu gün saxlanılan daha 4 nəfər Azərbaycan vətəndaşları - Azərbaycan redaksiyasının rəhbəri Tahir Baliyev, Rus redaksiyasının rəhbəri Yusif Ağayev, videooperator Taleh Mahmudov və sürücü Ramin Babayev izahatları alınandan sonra azad ediliblər.

Top
0.061825037002563