kriminal.az
İran hava məkanını açır

İran öz hava məkanını açıb və əksər hava limanlarında fəaliyyətini bərpa edib.

Kriminal.az ” xəbər verir ki, bu haqda İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

“Mehrabad və İmam Xomeyni hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənubundakı hava limanları fəaliyyətini bərpa edib və tam spektrli xidmətlər göstərməyə hazırdır”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, İranın bütün hava limanlarında daxili və beynəlxalq reyslər saat 05:00-dan 18:00-a kimi həyata keçiriləcək. 

Top
0.063113927841187