kriminal.az
Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir

2025-ci ilin yay ayları bəzi bürclər üçün gözlənilməz sınaqlar və çətinliklərlə dolu olacaq. Astroloqların proqnozlarına əsasən, bu mövsüm bəzi bürclər üçün maliyyə sıxıntıları, emosional gərginliklər və uğursuz qərarlar dövrü ola bilər.

Kriminal.az milli.az-a istinadən xəbər verir ki, əgər bu bürclərdənsinizsə, diqqətli olun və dəyişikliklərə hazırlıqlı qalın.

Xərçəng

İyulun ortalarında Xərçəngləri emosional təzyiqlər və ailə ilə bağlı gərginliklər gözləyir. Həssaslıq artacaq, bu da qərar verməkdə tərəddüd yarada bilər. Qərarları təxirə salmaq və ani hərəkətlərdən çəkinmək tövsiyə olunur.

Oxatan

Yay aylarında Oxatanlar iş və maliyyə məsələlərində gözlənilməz çətinliklərlə qarşılaşa bilər. Yatırımlar və xərclər diqqətlə aparılmalıdır. Səfərlər planlaşdırılsa da, gecikmə və ya ləğv riski yüksəkdir.

Qız

Əlaqələr və dostluq sahəsində sınaq dövrü başlayır. Qız bürcləri üçün yay ayları daxili tənqid və narahatlıqların artacağı bir zaman ola bilər. Özünüzə qarşı çox sərt olmayın və sağlamlıqla bağlı siqnalları görməzdən gəlməyin.

Dolça

Dolçalar bu yay özlərini tənhalıq və anlaşılmazlıq içində hiss edə bilərlər. Sosial dairələrdə anlaşılmazlıqlar, iş yerində isə haqsızlıqlar baş verə bilər. Emosional sabitlik üçün dərin nəfəs almaq və səbrli olmaq önəmlidir.

Top
0.057101964950562