kriminal.az
İlham Əliyev Mingəçevirdədir

Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir.

Kriminal.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

***
“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək.

Bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.

Top
0.057989835739136