kriminal.az
Mossad İran vətəndaşlarına çağırış edib: Müharibə başlayır?

Kriminal.az xəbər verir ki, İsrailin kəşfiyyat xidməti Mossad-ın fars dilindəki X (əvvəlki Twitter) hesabında İran vətəndaşlarına ayıq-sayıq olmağa çağırış edilib və onların təhlükəsizliyi ilə bağlı bəzi “tövsiyələr” paylaşılıb.

“Əziz İran vətəndaşları, siz bilirsiniz ki, biz sizin zərər görməməyiniz üçün əlimizdən gələni edəcəyik. Bizim mübarizəmiz İran İslam Respublikasının repressiv rejiminə qarşıdır. Sizin təhlükəsizliyiniz üçün bəzi tövsiyələri paylaşmaq istərdik:

▪️ Zəhmət olmasa, SEPAH əməkdaşlarından, xüsusilə də yüksək vəzifəli şəxslərdən uzaq durun;
▪️ SEPAH bazalarından uzaq durun, xüsusilə də səmadan otbiçən aparatının səsinə bənzər bir səs eşidirsinizsə, eləcə də rejimə məxsus nəqliyyat vasitələrindən uzaq olun;
▪️ Əgər yanınızdakı şəxs qəfil SEPAH-dan şəxsi telefonuna zəng və ya mesaj alırsa, ondan uzaqlaşmağınız tövsiyə olunur”, – deyə bəyanatda bildirilir.

Top
0.058634996414185