kriminal.az
Xəstəxanadan buraxılan Mbappe ilə bağlı YENİ XƏBƏR

Kəskin qastroenterit diaqnozu ilə xəstəxanadan buraxılan "Real Madrid"in hücumçusu Kilian Mbappenin vəziyyəti yaxşılaşıb.

Kriminal.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Xabi Alonso məlumat verib.

"O, indi daha yaxşıdır, xəstəxanadan qayıdıb və sağalıb. Onun "Zalsburq"la oyununa hazır olacağına ümid edirik", - Alonso bildirib.

26 yaşlı fransız klublararası dünya çempionatında iştirak etməli olduğu klubla birlikdə ABŞ-dadır. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə ilk tur matçında (1:1) Mbappe soyuqdəymə səbəbindən meydana çıxmayıb.(publika.az)

Top
0.060612201690674