kriminal.az
Qadınlar keçəl kişiləri daha cəlbedici hesab edir - Araşdırma

Qadınlar keçəl kişiləri daha cəlbedici hesab edirlər.

Kriminal.az “Daily mail”ə istinadla xəbər verir ki, bununla bağlı İngiltərənin “İllicit Encounters” tanışlıq saytı 2000 qadın arasında sorğu keçirib.

Sorğu nəticəsində məlum olub ki, qadınlar keçəl kişiləri saçlı olanlardan daha cəlbedici hesab edirlər. 
Araşdırmada qadınlara kişilərdə ən cazibədar gördükləri fiziki xüsusiyyətlər soruşulub. İştirakçıların 42%-i əzələli bədənin ən cazibədar xüsusiyyət olduğunu bildirsə də, 40%-i keçəl başı seçib.

Kişiləri cazibədar göstərən digər əlamətlər arasında mavi gözlər (38%), saqqal (36%) və qara saç, (31%) qıvrım saçlar (30%), gözə çarpan yanaq sümükləri (26%), sarı saçlar (22%), yaşıl gözlər (21%) və tüklü sinə (18%) yer alıb. Tatular 10%, pirsinqlər isə 7% cəlbedici hesab edilib.

Məşhur aktyorlar Ceyson Steytem, Dueyn Conson və Vin Dizel kimi keçəl ulduzların populyarlığı bu nəticələri dəstəkləyir.

Keçəllik fiziki cəlbediciliklə məhdudlaşmır. Araşdırmalara görə, keçəl kişilər sosial cəhətdən daha yetkin, ağıllı, savadlı və dürüst şəxsiyyətlər kimi qəbul edilir. Onların aqressiyasının aşağı, diplomatiya bacarıqlarının yüksək səviyyədə olduğu düşünülür.

Başqa sözlə, keçəl olmaq həm də kişilərdə güvən verən liderlik imici yaradır.

Billurə

 

Top
0.05980110168457