kriminal.az
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib

İsrailin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəslə razılaşdığını bildirib.

Kriminal.az xəbər verir ki. bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Netanyahunun ofisi bəyanat yayaraq atəşkəslə razılaşdığını, çünki İsrailin bütün hərbi məqsədlərinə nail olduğunu bildirib.

Bəyanatda vurğulanıb ki, İsrail lazım gələrsə, atəşkəs rejiminin pozulmasına cavab verəcək.

Həmidə İbrahimova

Top
0.061121940612793