kriminal.az
Bakıda bıçaqlı qadın sərnişini söyüb hədələdi - VİDEO

Bakıda ictimai nəqliyyatda yaşlı qadın əlinə bıçaq alaraq sərnişinlər arasında təşvişə səbəb olub. 

Kriminal.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Avtobusa daxil olan qadın əlindəki bıçaqla sərnişinləri hədələyib.  

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Kriminal.az -a bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Həmidə İbrahimova

Top
0.057204008102417