kriminal.az
Freddi Merkyuri və COVID-i proqnozlaşdıran ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ

Yaponiyanın məşhur ekstrasensi və manqa rəssamı Ryo Tatsuki - mediada "Yapon Baba Vanqa" adlandırılan şəxs - 2025-ci ilin iyulunda baş verə biləcək dağıdıcı təbii fəlakətlə bağlı xəbərdarlıq edib.

Tatsuki ölkəsinin cənub hissəsində okeanın "qaynadığını" gördüyünü və bu görüntünün sunami ilə əlaqəli olduğunu bildirib.

Onun dediyinə görə, Tayvan, İndoneziya və Şimali Mariana adaları da daxil olmaqla bir sıra Asiya ölkələri meqasunamidən təsirlənə bilər.

Görücü təsir zonasını "almaz formasında əhatə olunan ərazi" kimi təsvir edib və yuxularında "əjdahaya bənzər fiqurlar" gördüyünü qeyd edib.

Tatsuki daha əvvəl bir çox mühüm hadisələri - Freddi Merkürinin və şahzadə Diananın ölümü, 1995-ci il Kobe zəlzələsi və COVID-19 pandemiyası da daxil olmaqla - əvvəlcədən proqnozlaşdırmaqla tanınıb. Onun 1999-cu ildə nəşr olunan "Gördüyüm gələcək" adlı kitabındakı proqnozlarının bir neçəsi zamanla doğrulanıb.

Qeyd edək ki, Yaponiya Sakit okeanın "Atəş halqası" adlanan seysmik aktiv bölgəsində yerləşdiyi üçün tez-tez güclü zəlzələlər və sunami təhlükəsi ilə üzləşir. Elmi mütəxəssislər Tatsukinin iddialarını qeyri-elmi saysalar da, təsvir edilən bölgədə belə bir meqazəlzələnin ehtimalını mümkünsüz hesab etmirlər.

Yanvar ayında Yaponiyanın hökumət qurumları da yaxın 30 il ərzində güclü zəlzələ ehtimalını 80 faizdən çox qiymətləndirib və potensial iqtisadi ziyanın 1,8 trilyon dolları keçə biləcəyi bildirilib.(Milli.Az)

Top
0.056858062744141