ABŞ-nin dövlət borcunun 33 trilyon dollar olduğundan Vaşinqton artıq Avropanın müdafiə qabiliyyətini dəstəkləyə bilməz.
Kriminal.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
O bildirib ki, ABŞ prezidenti Donald Trampın NATO ölkələrinə təhlükəsizlik xərclərini ÜDM-in 5%-nə qədər artırmaq çağırışını dəstəkləyib. "Biz bir addım geri çəkilməliyik və xatırlamalıyıq ki, 11 il əvvəl NATO-nun bütün üzvləri ÜDM-də hərbi xərclərini artırmaq barədə 2% öhdəlik götürmüşdü. Bu, 2014-cü ildə mütləq minimum idi", - Ağ Evin müşaviri “New York Post”a müsahibəsində deyib.
2025-ci ilin fevralında Polşa, Latviya, Rumıniya, Danimarka və Böyük Britaniya gələcək illərdə ÜDM-in 3-5%-ni müdafiəyə xərcləməyi öhdələrinə götürdüklərini qeyd edən Uolts əlavə edib ki, İspaniya, Kanada və İtaliya, əksinə, bu baxımdan geri qalırlar.
"Bizim hələ çox yolumuz var və müttəfiqlərimizdən öz ədalətli paylarını ödəmələrini, bu yükü bizimlə bölüşmələrini tələb etməyə davam edəcəyik", - o deyib.
NATO-nun müdafiə xərclərinə dair illik hesabatına əsasən, 2024-cü ildə alyansa üzv olan 32 ölkədən 22-si ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləmə standartına əməl edib. Ümumilikdə, NATO və Kanadanın Avropanın müdafiəsi üçün xərcləri 19%-dən çox artaraq 468 milyard dollara, ABŞ-ın xərcləri 818 milyard dollar (+5,6%) təşkil edib. Ümumi xərclər isə rekord həddə - 1,303 trilyon dollara çatıb.
Mürtəza
Kriminal.az