Ermənistanın Ararat vilayətinin Ayqavan kəndindəki qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Kriminal.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, partlayış yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə üst-üstə düşür - red.) baş verib.
İlkin məlumata əsasən, məntəqədə maye qazın olduğu çən partlayıb.