kriminal.az
İsrail ordusu HƏMAS komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında radikal HƏMAS hərəkatının silahlı qanadının yüksəkrütbəli komandiri, fövqəladə hallar komissiyasına rəhbərlik edən və Deyr əl-Bələh şəhərinin meri İmad Caronun məhv edildiyini açıqlayıb.

Kriminal.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ordunun mətbuat xidməti bildirib ki, Caro "HƏMAS hökumətinin Deyr əl-Bələh bölgəsindəki fəaliyyətlərində fəal iştirak edib" və "HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb".

O, həmçinin Qəzzada "HƏMAS-ın mərkəzi düşərgələrdəki siyasi fəaliyyətinə cavabdeh olub".

Top
0.065869092941284