kriminal.az
Bakıda həbsxanada daha bir ÖLÜM - 02.10.2024

Azərbaycanda məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Səbuhi Rafiq oğlu Süleymanov ölüb.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 29-cu ölüm hadisəsidir.

Top
0.074527978897095