kriminal.az
Atmosferi olmayan planet kəşf edildi

“Wide-Field Spectroscopic” (WST) kosmik teleskopu ilə aparılan müşahidələr zamanı məlum olub ki, GJ 3929b planetinin atmosferi yoxdur.

Kriminal.az  Teleqraf-a istinadən xəbər verir ki, GJ 3929b 2022-ci ildə ABŞ-nin Aerokosmik Agentliyinin (NASA) məlumatlarından istifadə olunaraq kəşf edilib.

Planet təxminən Yer kürəsinin ölçüsündədir. Elm adamlarına görə, GJ 3929b potensial yaşayış zonası ola bilərdi, amma JWST onun qaranlıq, havasız bir planet olduğunu üzə çıxarıb.

Tədqiqatçılar planetin CO² ilə zəngin atmosferə malik olmadığını müəyyən ediblər. Bu, Yer kimi kiçik planetlərin ulduzlardan gələn radiasiyanın intensivliyi ilə bağlı öz atmosferlərini necə saxladığı və ya itirdiyini öyrənən elm adamları üçün vacib məlumatdır.

Top
0.077017068862915