kriminal.az
Göygöldə şəhid şəkilləri niyə silinib? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Göygöl rayonunun küçələrinin divarlarına çəkilmiş şəhid şəkillərinin silinməsi ilə bağlı görüntülər yayılıb. 

Hadisə böyük müzakirələrə səbəb olub. Tanınmış aparıcı Tolik (Tarix Əliyev) də paylaşım edərək, şəhidlərin xatirəsinə qarşı belə halların yolverilməz olduğunu bildirib

Məsələ ilə bağlı Göygöl rayon icra hakimiyyəti ilə əlaqə saxladıq.

İcra hakimiyyətinin rəsmisi Kriminal.az -a açıqlamasında bildirdi ki, həmin şəkillər çox pis vəziyyətdə olub:

"Bu şəkillər təxminən 2020-ci ildə çəkilib, üzərindən 5 il keçdiyi üçün şəkillərin yarısı silinib və pis vəziyyətə düşüb. Əlavə olaraq bildiririk ki, şəhidlər bizim and yerimizdir, onların ruhlarının qarşısında baş əyirik. Qanunvericiliyin tələblərinə uyğun Göygöl rayonu üzrə  şəhidlərin adları əbədiləşdirilib.

Eyni zamanda l və ll Qarabağ Müharibəsi, Aprel, Antiterror və digər döyüşlərdə həlak olmuş 175 şəhidin xatirəsinə “Şəhidlər Memorial Kompleksi”yaradılır, ilin sonuna təhvil verilməsi nəzərdə tutulur".

Həmidə İbrahimova

Top
0.063678026199341