kriminal.az
Zelenski: Putinlə görüş heç bir şərt olmadan baş tutmalıdır

Rusiya prezidenti Vladimir Putinlə görüşməyə və onunla ərazilər məsələsini müzakirə etməyə hazıram.

Kriminal.az xəbər verir ki, belə bir bəyanatla Ukrayna prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Tramp və Avropa liderləri ilə görüşdən sonra çıxış edib.

Zelenski bildirib ki, Rusiya əvvəlcə ikitərəfli Ukrayna-Rusiya görüşünü, lakin sonra üçtərəfli görüş təklif edib.

"Biz liderlər səviyyəsində istənilən formata hazırıq", - o qeyd edib. 

Zelenski onu da qeyd edib ki, Putin arasında hər hansı ərazi məsələsi və heç bir şərt olmadan baş tutmasını istəyir.

Mürtəza

Top
0.13670110702515