İsrail Qəzzanı tam ələ keçirməlidir.
Kriminal.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə çıxışında deyib.
“Biz bir siqnal göndərməliyik: bütün Qəzzanı ələ keçirməli, İsrailin bütün zolaq üzərində suverenliyini elan etməli, HƏMAS-ın hər bir üzvünü məhv etməli və fələstinlilərin Qəzzadan könüllü mühacirətinə yardım etməliyik. Bu, girovları geri qaytarmağın və müharibədə qalib gəlməyin yeganə yoludur”, - nazir bildirib.