Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yeni kadr təyinatı olub.
Kriminal.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət baş leytenantı Orxan Mehdiyev Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 19 nömrəli Yanğından Mühafizə bölməsinin növbə rəisinin köməkçisi vəzifəsindən azad edilib.
Digər əmrlə, Orxan Mehdiyev Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini təyin edilib.
Xatırladaq ki, Mehdiyev Orxan Kung-fu sanda üzrə dünya çempionudur. 2016-cı ildə Avropa çempionatında erməni idmançıya qalib gəlib.
2019 və 2023-cü ildə Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən fəxri fərmanla təltif olunub.