Baku TV-nin "Necə olmalıdır?" podkastının yeni buraxılışı yayımlanıb.
Kriminal.az bildirir ki, bu dəfə Dövlət Gömrük Komitəsinin rəsmisi Turanə Xanbabayeva və nəqliyyat eksperti Eldəniz Cəfərovla hibrid avtomobillərə tətbiq edilən gömrük güzəştlərinin ləğvi ilə bağlı yayılan fikirlər müzakirə edilib.
Podkastda 20 min manat dəyərində olan hibrid avtomobilə nə qədər güzəşt tətbiq edilməsinə, güzəştlərin ləğv edilməsinin avtomobil bazarına necə təsir edəcəyinə, eləcə də elektromobillərə tələbin azalmasının səbəbinə aydınlıq gətirilib.