kriminal.az
Peyğəmbələrin karikaturasını yayımlayan jurnalın baş redaktoru həbs olunub

Həzrəti Məhəmməd və Həzrəti Musanın karikaturalatını dərc edən Türkiyənin "Leman" jurnalının baş redaktoru Aslan Özdəmir həbs olunub.

Kriminal.az xəbər verir ki, Fransadan İstanbula qayıdan jurnalist hava limanında göz altına alınıb. Polis əməkdaşları Özdəmiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində "xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq" maddəsi ilə cinayət işi açılıb.

Hakim Özdəmir barəsində həbs qərarı çıxarıb.

Top
0.065407037734985