kriminal.az
Bu ölkəyə bir gündə 573 miqrant qanunsuz daxil oldu

İyulun 10-da 573 miqrant kiçik qayıqlarla La-Manş boğazını keçərək Britaniyaya qanunsuz yollarla daxil olub.

Kriminal.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə 10-dan çox qayığın hər birində orta hesabla 57 nəfər olub.

Bununla da 2025-ci ildə Britaniyaya qeyri-qanuni yollarla gələn ümumi miqrant sayı 21 min 690 nəfərə çatıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz, 2023-cü ilin bu mərhələsi ilə müqayisədə isə 65 faiz artım deməkdir.

Top
0.061295032501221