kriminal.az
AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya döndü - YENİLƏNİB

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

Kriminal.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

***

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutuü üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.

Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Flightradar24" servisinin məlumatında qeyd edilib.

Hazırda təyyarənin Bakıya istiqamət aldığı bildirilir.

Marşrutun dəyişməsinin dəqiq səbəbi barədə hələ rəsmi açıqlama verilməyib.

Lakin bu, ilkin ehtimala görə, Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi, İranın Qətərdəki Amerika hərbi bazasına hücumu və Bəhreyn, Qətər, BƏƏ-nin hava məkanının bağlaması fonunda baş verib.

Top
0.06232213973999