Ölkə az xəbər verir ki, İnstitutdan "AZƏRTAC"-a bildirilib ki, o, konfranslarda “Xəzərin qərb sahilində Beşbarmaq abidələr kompleksi” və “Xəzər dənizinin qərb sahillərində müdafiə istehkamları” mövzularında məruzələrlə çıxış edib. Konfrans iştirakçılarına Xəzərin qərb sahillərində yerləşən müdafiə istehkamları, qalalar, yaşayış yerləri haqqında və bu abidələrin Türk dünyasında yeri və rolu haqqında geniş məlumat verilib.
Qeyd edək ki, TÜRKSOY-un maliyyə dəstəyi ilə “Türk xalqlarının sivilizasiyası və onun dünya mədəniyyəti tarixində yeri”, “Türk dünyası totemi” mövzularında elmi-praktik konfranslar keçirilib. Konfranslarda türkdilli dövlətlərin elm xadimləri, Qazaxıstan Respublikasının dövlət və ictimai xadimləri, Aktau şəhərindəki diplomatik konsulluqların rəhbərləri və diaspora nümayəndələri iştirak ediblər.