kriminal.az
Mal bazarlarında qurbanlıq qoyunların qiyməti açıqlanıb - SİYAHI

Bildiyimiz kimi, bu il Qurban bayramı 6-7 iyun tarixlərinə təsadüf edəcək. Hər il Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların və ümumiyyətlə ətin qiymətində nəzərəçarpan dəyişikliklər müşahidə olunur.

Bəs bu il qiymətlər necə olacaq?

Kriminal.az  xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Operativ Media-ya bildirib ki, bu il ötən ilə nisbətən qiymətlər ən azı 10-15 faiz bahalaşacaq:

“Azərbaycanda ətin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bazarın qaydalarına uyğun olaraq tənzimlənir və belə olduğu halda dövlətin bu qiymətlərə müdaxilə etməsi mümkün deyil. Əslində müdaxilə də doğru olmaz. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Burada əsas məsələ istehsal ilə bağlıdır. Bizdə istehsal azalıb. Xırda-buynuzlu mal-qaranın sayı son bir il yarımda 1 milyona yaxın azalıb. Bütün bunlar qiymətə təsir edir. Əgər yerli istehsal azalırsa, fermerlərin yetişdirdiyi məhsulların həcmi və sayı azalırsa, bu, qiymətə təsir edəcək. Bu il isə keçən ilə nisbətən qiymətlərdə ən azı 10-15 faiz bahalaşma gözlənilir”.

Hal-hazırda bazardakı ət qiymətləri aşağıdakı kimidir:

  • Qoyun əti: 1 kq - 15-19 AZN

  • Dana əti: 1 kq - 13.30-18 AZN

  • Kəsimlik qoyun: 300-800 AZN arası dəyişir:

    • 16 kq: 300 AZN

    • 20 kq: 360-370 AZN

    • 25 kq: 430-440 AZN

    • 30 kq: 500 AZN

Satıcılar bildirir ki, heyvanın çəkisi az olduqda qiymət bahalaşır, çəki çoxaldıqda isə qiymət ucuzlaşır.

Top
0.060160875320435