kriminal.az
Ermənistanda sərnişin qatarı minik avtomobili ilə toqquşub: Ölənlər və yaralananlar var

Ermənistanın Ararat rayonunun Burastan kəndində sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Kriminal.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, qəza dəmir yolu keçidində baş verib.

İrəvan-Yerasx marşrutu ilə hərəkət edən sərnişin qatarı VAZ markalı minik avtomobili ilə toqquşub.

Top
0.056336879730225