kriminal.az
Almaniyada 19 türkəsilli namizəd deputat seçildi

Fevralın 23-də Almaniyanın 21-ci çağırış Bundestaqına (Federal Məclis) keçirilmiş seçkidə 19 türkəsilli namizəd millət vəkili seçilib.

Kriminal.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, onlardan yeddisi Sosial-Demokrat Partiyasının (SPD) üzvüdür.

Bundestaqda Sol Partiyanı ("Die Linke") eyni sayda türkəsilli deputat təmsil edəcək. Xristian-Demokrat Partiyası iki, "Yaşıllar Partiyası ("Grüne") iki, Xristian Sosial Birlik Partiyası (CSU) isə bir türkəsilli deputatla təmsil olunacaq.

Hülya Düber CSU-dan seçilən ilk türkəsilli millət vəkili oldu.

Qeyd edək ki, 20-ci çağırış parlamentində 18 türkəsilli deputat fəaliyyət göstərirdi.

Top
0.059096097946167